Hülya Avşarın evliliklə bağlı fikirləri müzakirə yaratdı

Hülya Avşarın evliliklə bağlı fikirləri müzakirə yaratdı
850 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni-aktrisa Hülya Avşar son açıqlaması ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, ifaçı evlənməzdən əvvəl cütlüklərin müqavilə bağlamalı olduğunu deyib:

"Evliliklər 5 illik müqavilə ilə olsun. İnsanlar heç olmasa həyəcanla bir-birini gözləsinlər. Arabir öz özlərinə sual versinlər ki, "görəsən, 5 ildən sonra mənimlə evliliyinə davam edəcəkmi? Kirayə müqaviləsi kimi. Ola bilməz? Bu insanları həyəcanlandırmazdı?".

Hülya hazırda həyatında heç kimin olmadığını əlavə edib.

Onun bu fikri sosial media istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Qeyd edək ki, 2 dəfə ailə quran aktrisa boşanıb. Onun Zəhra adlı bir qızı var.