Eks-xanımı Ufuk Özkanı məhkəməyə verdi

Eks-xanımı Ufuk Özkanı məhkəməyə verdi
939 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor Ufuk Özkan aliment pulun ödəmir.

Axşam.az xəbər verir ki, bu barədə aktyorun keçmiş həyat yoldaşı Nazan Güneş məlumat yayıb. O, Ufukun 6 aydır aliment pulunu ödəmədiyini deyib:

"Noyabrdan bu yana, 6 aya yaxındır ki, bir qəpik də olsun aliment ödəmir. Maynda bununla bağlı məhkəmə işimiz var. Ona hər cür ödəniş imkanlarını, anlayışı göstərsək də, heç bir müsbət addım atmadı. O, heç olmasa övladının əsas ehtiyaclarını ödəmək üçün addım atmalı olsa da, məsələyə mənfi münasibətini saxlamaqda israrlıdır".

Qeyd edək ki, Ufuk 2022-ci ilin avqustunda Nazandan boşanıb. İkilinin bir oğlu var. Bir müddət əvvəl qaraciyər çatışmazlığı səbəbindən orqan transplantasiyası üçün müraciət edən aktyor daha sonra buna ehtiyac qalmadığını demişdi.

Ufuk Sibel Osmanoğlu ilə sevgilidir. O, daha əvvəl aliment pulunun çox olmasından şikayətlənmişdi.