Amerikanın Los-Anceles şəhərində televiziya kanallarından birinin təşəbbüsü ilə ilk dəfə keçirilən “Kids' Choice Sports Awards” (“Uşaqların seçimi ilə İdman Mükafatları”) mükafatlandırma mərasimində bir çox tanınmış simalar iştirak ediblər.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur idmançıların qatıldığı tədbirdə ingiltərəli futbolçu Devid Bekhem və oğlanları Romeo, Kruz da olublar.
Ən maraqlısı isə aktrisa Meqan Foks, peşəkar güləşçi və aktyor Dueyn Conson, futbolçu Maykl Strahan, baketbolçu Rassel Uestbruk kimi ulduzların da iştirak etdiyi gecədə Bekhem və uşaqları səhnəyə çıxarkən onların üzərinə qızılı boyanın tökülməsi olub.