Roberto Kavalli vəfat etdi

Roberto Kavalli vəfat etdi
1110 dəfə oxunub
  • A-
  • A
  • A+

"Roberto Cavalli" brendinin yaradıcısı, dizayner Roberto Kavalli Florensiyada vəfat edib. 

Axşam.az xəbər verir ki, 83 yaşlı dizayner xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, Kavalli 1940-cı il noyabrın 15-də Florensiyada anadan olub. O, gənclik illərində parça və hazır məhsullar üzərində çap biznesini qurub. 30 yaşından etibarən isə öz brendi altında geyim kolleksiyalarını yaradıb. O, həmçinin "RC Menswear" brendini və gənc "Just Cavalli" xəttini yaradıb.

2019-cu ildə "Roberto Cavalli" şirkəti Dubay investisiya şirkəti "DAMAC Properties"ə satılıb.