"Kızılcık şerbeti"nin aktrisası buna görə parik taxır

"Kızılcık şerbeti"nin aktrisası buna görə parik taxır
5361 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Feyza Civelek ilk dəfə niyə parikdən istifadə etməsinə aydınlıq gətirib.

Axşam.az xəbər verir ki, aktrisa istifadə etdiyi dərman səbəbindən saçlarının töküldüyünü açıqlayıb.

"Sədəf xəstəliyindən əziyyət çəkirəm. Xarici ölkədən gətirdiyim dərmanların əks təsiri nəticəsində saçlarım tamamilə tökülüb. Müvəqqəti parikdən istifadə edirəm. Saçım və parikim haqqında şərh yazan hər kəsə demək istədiyim tək səbəb budur. Bu sağlamlıq problemidir, ona görə də bu cür şərhləri özünüzə saxlayın. Tezliklə öz saçımla qayıdacağam" deyə, Feyza bildirib.

Qeyd edək ki, aktrisa hazırda "Kızılcık şerbeti" serialında "Nilay"a həyat verir.