Amerikalı aktrisa və fotomadel Pamela Anderson boşanma ərəfəsində olduğu həyat yoldaşı Rik Salomonla birlikdə Malibuda görüntüləniblər.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cütlük küçədə və avtomobildə ehtiraslı şəkildə öpüşərkən obyektivlərə tuş gəlib. Pamela və Rikin bir həftədir taxmadıqları toy üzükləri də barmaqlarında olub.
Xatırladaq ki, bu ilin yanvarında yenidən Riklə ailə quran aktrisa həyat yoldaşının əyləncəli həyat tərzindən bezərək ötən həftə ondan ayrılmaq qərarına gəlmişdi. Daha əvvəl 2007-ci ildə evlənən cütlük 4 ay sonra boşanmışdı.