Rusiyalı müğənni Bakıda klipə çəkildi – fotolar

Rusiyalı müğənni Bakıda klipə çəkildi – fotolar
1996 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın “A-studio” qrupunun üzvü Keti Topuriya Bakıya gəlib.

Axşam.az-ın məlumatına görə, yeni fotolarını İnstaqram səhifəsində paylaşan Keti burada klipə çəkildiyini bildirib:

“Çox yaxın və sevimli dostumun klipində çəkildim. Hələ ki, adını çəkməyəcəm. Video haqqında çox danışılacaq”.

Qeyd edək ki, bir neçə gün əvvəl müğənni-bəstəkar Emin də Bakıda “Naçistatu” (“Sözün düzü”) mahnısına klip çəkdirdiyini bildirmişdi. O, ekran işindən olan fotoları İnstaqram səhifəsində paylaşaraq “Sizcə, əsas qəhrəman kimdir” sualını vermişdi. Sevənlərinin əksəriyyəti isə “Keti Topuriya” deyə cavab yazmışdı.
Emin bu klipinin Yurmalada keçiriləcək “Yeni dalğa” yarışmasında nümayiş olunacağını vurğulayıb.

Xatırladaq ki, Keti Topuriya müğənninin iyunda “Sea Breeze”də baş tutan konsertinə də gəlmişdi.