Ölümlə nəticələnən filmə görə həbs olundu

Ölümlə nəticələnən filmə görə həbs olundu
1254 dəfə oxunub
  • A-
  • A
  • A+

"Rust" filmində çəkiliş zamanı istifadə olunan silahlardan məsuliyyət daşıyan Xannah Qutierres-Rid operator Qalina Hatçinsi qəsdən öldürməkdə təqsirli bilinərək 18 ay həbs cəzasına məhkum edilib.

Axşam.az xəbər verir ki, bu barədə "Deadline" məlumat yayıb. 

Hakim Meri Marlou Sommer hökmü elan edərkən deyib ki, Qutierres-Rid təhlükəsiz tapançanı ölümcül silaha çevirib. 

Silah ustasının cəzası Nyu-Meksiko qanununa görə maksimumdur. Məhkəmə Qutierres-Ridin vəkillərinin və özünün sınaq müddətinin təyin edilməsi ilə bağlı vəsatətlərini nəzərə almayıb. Dinləmə zamanı Hanna cəzasının azaldılmasını xahiş edib. 

Qız dərhal məhkəmə zalında nəzarətə götürülüb.

O, məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.

Rejissor Qalina Hatçinsi silahla vuran Hollivud ulduzu Alek Bolduin isə iyun ayında mühakimə olunacaq. Onun da 18 aylıq həbs olunacağı ehtimal edilir.

Qeyd edək ki, 2021-ci il oktyabrın 21-də filmin prodüseri və baş rol ifaçısı Bolduin iki nəfəri - operator Qalina Hatçins və rejissor Coel Souzanı yaralayıb. 42 yaşlı Qalina aldığı xəsarətlərdən dünyasını dəyişib. 48 yaşlı direktor körpücük sümüyündən yaralanıb və bir müddət xəstəxanada yatıb və sağalıb.