“Azərbaycanın səsi”ndə münsifdən həmkarına sərt etiraz - fotolar

“Azərbaycanın səsi”ndə münsifdən həmkarına sərt etiraz   - fotolar
3449 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV-də yayımlanan “Azərbaycanın səsi” yarışmasının növbəti buraxılışı baş tutub.

Axşam.az-ın məlumatına görə, münsiflərdən biri - müğənni Nadir Qafarzadə İstanbulda olduğu üçün yenə də müsabiqəyə qatıla bilməyib. Münsiflər heyətinin digər üzvləri - əməkdar artist Elza Seyidcahan, müğənni Elnarə Xəlilova, meyxanaçı Namiq Qaraçuxurlu arasında maraqlı dialoqlar olub.

İştirakçıların geyimlərinə irad tutan E.Seyidcahana Elnarədən sərt cavab gəlib. O, “Elza, sən özün bilmirsən, paltarı hansı formada geyinirsən. Nəyi hara geyindiyin məlum deyil, sən niyə irad tutursan ki”, deyə etiraz edib.

Qeyd edək ki, Elnarə tələbələri Aysel Tahirqızı və Mehriban Aslanı, Elza Seyidcahan “Story” qrupu və Azər ismayılovu, Namiq Tural Mehri və Cavid Babayevi, Nadir isə telefon vasitəsilə Gülnar Mirzəyeva və Cəmaləni yarışmadan uzaqlaşdırdığını açıqlayıb.

Bildirək ki, “Azərbaycanın səsi” müsabiqəsinin qalibi avtomobil qazanacaq və ölkəmizi “Türkvision” yarışmasında təmsil edəcək. Hər həftənin cümə axşamı saat 21:30-da yayımlanan verilişin aparıcısı Günay Firudinqızıdır.

Foto: Rəşad ABBASOV