Puqaçova buna görə yubiley tədbirini təxirə salıb

Puqaçova buna görə yubiley tədbirini təxirə salıb
442 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir neçə gün əvvəl 75 yaşı tamam olan Rusiyanın Xalq artisti Alla Puqaçova özəl günü münasibətiylə hazırlaşdığı məclisi ləğv edib.

Axşam.az xəbər verir ki, müğənni yubileyini 160 nəfərdən ibarət bir məclislə qeyd etməyi planlaşdırıb. Lakin İran və İsrail arasında baş verən hərbi münaqişə onun planını təxirə salıb. 

Puqaçova ad gününü İsraildəki evində ailə arasında qeyd edib. İfaçı özü məclisdən görüntü yayımlamasa da, şoumen həyat yoldaşı Maksim Qalkin evdəki hədiyyə gətirilən güllərin görüntüsünü paylaşıb.

Puqaçovanın çoxdankı dostu olan teleaparıcı Kira Proşutinskaya açıqlama verərək onun İsraildəki həyatından danışıb. 

“Son illər Alla üçün çətin oldu. Bəlkə də həyatın bir çox illərində ən çətin olanlar. Ancaq o, bunu heç vaxt deməyəcək, çünki o, indi az adama güvənən qapalı bir insandır. Düşünürəm ki, yad ölkədə, yad evdə, yaxınları olmadan, səhhətində problem olan biri üçün bu, asan deyil. Alla deyir ki, ailəsini qorumaq üçün orada yaşamaq məcburiyyətindədir" deyə, o, bildirib.