Çörçillin bəyənmədiyi portreti satışa çıxarılacaq - Foto

Çörçillin bəyənmədiyi portreti satışa çıxarılacaq - Foto
513 dəfə oxunub
  • A-
  • A
  • A+

Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin portretinin eskizi Sotheby's hərraca çıxarılacaq.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, lotun dəyəri 996 min dollar qiymətləndirilir. Eskiz ekspressionist və sürrealist rəssam Grehem Satherlend tərəfindən Çörçilin təntənəli portretini hazırlayarkən çəkilib.

Portret isə parlament tərəfindən siyasətçinin 80 illik yubileyinə hədiyyə olaraq sifariş edilib. Çörçill rəssam üçün düzgün pozlar verməyib, daim işləyib və onu idarə etməyə çalışıb.

Nəticədə ortaya çıxan eskiz onu qəzəbləndirib. Çörçill rəssamı “klinik sərxoş” kimi təsvir etməkdə günahlandırıb. O, portreti ofisində asmayıb, daha sonra həyat yoldaşından onu yandırmasını istəyib.

Portretin eskizi heç vaxt hərraca çıxarılmayıb və sərgilərdə cəmi üç dəfə nümayiş etdirilib.

Qeyd edək ki, hərrac iyunun 6-da keçiriləcək.