Harri Böyük Britaniya ilə bütün əlaqələrini kəsib

Harri Böyük Britaniya ilə bütün əlaqələrini kəsib
355 dəfə oxunub
  • A-
  • A
  • A+

2020-ci ildə Böyük Britaniyanı tərk edən şahzadə Harri və xanımı Meqan Markl açıqlamaları ilə gündəmdən düşmür.

Axşam.az xəbər verir ki, bu dəfə "Daily Mail" Harri ilə bağlı gözlənilməz məqalə dərc edib. Məqalədə qeyd edilib ki, şahzadə ABŞ-a köçdükdən sonra ilk dəfə Amerikanı öz evi adlandırıb. O, indi doğma ölkəsi ilə çox az ümumi cəhətinin olduğunu bildirib.

"Companies House" tərəfindən dərc edilən sənədlərdə göstərilir ki, onun yaşayış yeri əvvəllər Birləşmiş Krallıq kimi siyahıya alınmışdı, indi ABŞ-dır. Çox güman ki, Harri Böyük Britaniyada vergi ödəyiciləri hesabına onu polis mühafizəsi ilə təmin etmək üçün aparılan mübarizədə hüquqi proseslərdən sonra belə bir addım atmağa qərar verib. Hersoq məhkəməni uduzub və bildirib ki, ölkəni vətəni hesab etsə də, şəxsi təhlükəsizliyi səbəbindən “qaçmağa” məcburdur.

Harrinin bu açıqlamadan sonra ölkəsinə səfər edib, atası III Çarlzla görüşəcəyi an səbirsizliklə gözlənilir.