Tatlısəs oğlunu mirasından məhrum edəcək

Tatlısəs oğlunu mirasından məhrum edəcək
686 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni İbrahim Tatlısəsin nəvəsi Mert Tatlını Sarıyerdəki evindən çıxartması oğlu Ahmet Tatlını özündən çıxarıb. 

Axşam.az xəbər verir ki, Ahmetin "Əqli cəhətdən sağlam deyil" sözləri İbrahimi əsəbiləşdirib. O, "Sağlamlıq kağızı almaq üçün 5 xəstəxanaya getdim, hamısından "ruhi sağlamlıq" hesabatı verdilər" deyə, İbrahim bildirib.

O, oğlunun mirasından məhrum etməklə hədələyib:

"İndi biləcək ata-oğul münasibəti necə olur. Bodrumda 4 evin hamısını ondan alacağam. Ona verdiyim 7 dükanı xaraba qoyub. İndi qardaşlarının mirasına göz tikib. Artıq rahat yaşamaq yoxdur".

Qeyd edək ki, Ahmetin oğlu Mert 6 ildir babasının evində yaşayırdı.