Kanye həyat yoldaşına təcavüz edən şəxsi yumruqladı

Kanye həyat yoldaşına təcavüz edən şəxsi yumruqladı
1537 dəfə oxunub
  • A-
  • A
  • A+

Adını "Ye" olaraq dəyişən dünyaca məşhur reper Kanye Uestdən Los-Anceles polisinə şikayət daxil olub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, adı açıqlanmayan şəxs reperin onu döydüyünü iddia edib.

Kanyenin nümayəndəsi isə həmin şəxsin onun həyat yoldaşı Bianka Censoriyə təcavüz etdiyini bildirib:

"Həmin şəxs Bianka ilə toqquşduqdan sonra əllərini paltarının altına salıb və bədəninə toxunub".

Los-Anceles polisinin jurnalistlərə verdiyi məlumata görə, bundan sonra 46 yaşlı Kanye Uest xanımına təcavüz edən adamı yumruqlayıb. O, tibbi yardıma ehtiyac duymayıb.