Dilan Polatla həyat yoldaşının işində növbəti qərar

Dilan Polatla həyat yoldaşının işində növbəti qərar
1491 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən ilin  noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polata qarşı vergi proseduru qanununu pozma maddəsi ilə açılmış ittiham işi nəticələnib.

Axşam.az xəbər verir ki, cinayət işi sübuta yetirilməyib. Bildirilib ki, ikilinin həbsdə qalma müddəti davam edəcək. Bu qərar digər təqsirləndirilən şəxslərə də şamil ediləcək.

Xatırladaq ki, bir müdddət öncə Dilanla Enginin əmlakları müsadirə olunaraq ölkədən çıxışına qadağa qoyulmuşduBundan əlavə, onların birinci və ikincidərəcəli qohumlarının da əmlakı müsadirə edilmişdi. Eyni zamanda, bir çox gözəllik mərkəzi olan Dilan və Enginin vergi borcları olduğu bildirilir. Cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq, çirkli pulların yuyulması və vergi qanunlarını pozmaq cinayətləri ilə barələrində həbs qərarı çıxarılan Dilan və Engin Polat cütlüyünə qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb.

Dilan Polatın bacısı Sıla Doğu, Engin Polatın qardaşı Kürşat Polat, mühasib Beyza Ekici, maliyyə işlər məmuru Ahmet Gün də saxlanılanlar arasındadır.