Mahsundan qəzada ölməsi ilə bağlı çıxan saxta xəbərlərə reaksiya

Mahsundan qəzada ölməsi ilə bağlı çıxan saxta xəbərlərə reaksiya
356 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Mahsun Kırmızıgül ölməsi ilə bağlı çıxan xəbərlərə reaksiya verib.

Axşam.az-ın məlumatına görə, ifaçının bayram günü qəza keçirərək vəfat etməsi ilə bağlı xəbər yayılıb. O, belə informasiyaların sırf sosial şəbəkələrdə bəyənmə almaq üçün yayımlandığını deyib:

"Sırf bəyənmə almaq üçün "öldü" deyə xəbərlər yaymaq ayıbdır. Dostlar, yaşayıram, sağlığım da yerindədir". 

Mahsun daha sonra növbəti paylaşım edərək bu barədə digər sənət dostları haqqında da saxta xəbərlər çıxdığını vurğulayıb:

"Bunu təkcə mənə yox, bir çox sənətçiyə də ediblər. Kədərli bir vəziyyətdir. Çox insan mənə zəng vurdu və bu haqda onlardan öyrəndim. Bəyənmə yığmaq üçün edilir, amma bu yol səhvdir. Videonu izlədim deyənlər belə olub. "Bayram tətilində vəfat edib" filan yazıblar. Sosial mediada bu xəbərə ağladığını deyənlər var idi".