93 yaşlı media maqnatı ilk dəfə nişanlısı ilə - Fotolar

93 yaşlı media maqnatı ilk dəfə nişanlısı ilə - Fotolar
573 dəfə oxunub
  • A-
  • A
  • A+

93 yaşlı media maqnatı Rupert Merdok ilk dəfə 67 yaşlı nişanlısı Elena Jukova ilə görüntülənib.

Axşam.az xəbər verir ki, cütlük "Breakthrough Prize" elm mükafatlarının təqdimetmə marasiminə birgə qatılıb. Onlar əl-ələ tutaraq kameralara poz veriblər.

Qeyd edək ki, bu, media maqnatının beşinci evliliyidir. 

Elena Jukova molekulyar bioloqdur. O, “Qaraj” muzeyinin yaradıcısı Daşa Jukovanın anası və milyarder Roman Abramoviçin keçmiş qayınanasıdır.

Cütlük arasındakı münasibət 2023-cü ilin yayında başlayıb. Martın əvvəlində ikilinin nişanlandığı xəbərləri dərc olunub.

R.Merdokun sərvəti 17 milyard dollar qiymətləndirilir.