Keyt müalicəsi ərəfəsində bu evdə qalacaq

Keyt müalicəsi ərəfəsində bu evdə qalacaq
1206 dəfə oxunub
  • A-
  • A
  • A+

Şahzadə Uilyam xərçənglə mübarizə aparan həyat yoldaşı Keyt Middlton üçün Vindzordakı saraya bitişik bir evin təmirinə başlayıb. 

Axşam.az xəbər verir ki, yanvarda mədə əməliyyatından sonra yoxa çıxan və vəziyyəti ilə bağlı bir çox iddialar səslənən Uels şahzadəsi yayımladığı videoda xərçəng olduğunu açıqlayıb. Middlton müalicə prosesini ayrı evdə keçirəcək. Təmirə başlanılan ev də bunun üçün ayrılıb. 

Şahzadə Uilyam və Keyt bu evdə birlikdə qalacaqlar. Malikanə uşaqların oxuduğu Lambrook məktəbinin yaxınlığında yerləşir.

İnsayderlərin sözlərinə görə, ailə şahzadənin sağalmasına kömək etmək üçün hazırda boş olan bu bu evi genişləndirməyi planlaşdırır.