Fenomenin sevgilisi tərəfindən qətlə yetirildiyi iddia olunur

Fenomenin sevgilisi tərəfindən qətlə yetirildiyi iddia olunur
1083 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ-də evində ölü tapılan türkiyəli sosial media fenomeni Yağmur Taktaşla bağlı detallar ortaya çıxıb.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, fenomenin qətlə yetirildiyi iddia olunub. Belə ki, onun ailəsi Yağmurun sevgilisi, ABŞ vətəndaşı A.C.F-dan şikayətçi olub. 

Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Atası amerikalı, anası Türkiyə vətəndaşı olan A.C.F.-nin Türkiyədə olduğu müddətdə Taktaşa dəfələrlə zorakılıq etdiyi və gənc fenomenin bu səbəbdən dalağını belə itirdiyi açıqlanıb. Zorakılığa məruz qalmasına baxmayaraq, A.C.F.-nin təkidi nəticəsində sevgilisi ilə barışan Taktaş 2023-cü ilin yayında ABŞ-yə köçüb.

Yağmurun sonuncu dəfə anasına “Türkiyəyə ölüm gəlir” dediyi bildirilib.

Bundan başqa, fenomenin instaqram hesabında profil şəkli dəyişdirilib. Profilə "Şeytan" filmindən olan şəkil qoyulub.

Qeyd edək ki, Yağmur Taktaş Türkiyədə yayımlanan “İşte Benim Stilim” verlişində məşhurlaşıb.