Middlton III Çarlzdan unikal mükafat aldı və kral ailəsində ilk oldu

Middlton III Çarlzdan unikal mükafat aldı və kral ailəsində ilk oldu
666 dəfə oxunub
  • A-
  • A
  • A+

Şahzadə Uilyamın xərçənglə mübarizə aparan həyat yoldaşı Keyt Middlton qayınatası, Kral III Çarlz tərəfindən mükafatlandırılıb.

Axşam.az xəbər verir ki, müalicəsi ilə əlaqədar son vaxtlar heç bir tədbirə qatılmayan Middltonun bundan əvvəl gördüyü işlər ailəsi tərəfindən unudulmayıb.

III Çarlz sevimli gəlinini unikal bir mükafatla - "Şərəf cəngavərləri ordeni" ilə təltif edib. Beləliklə, Keyt kral ailəsinin bu statusa layiq görülən yeganə üzvü olub.

"Daily Mail" yazır ki, monarx Uels şahzadəsini ona böyük hörmət əlaməti olaraq və artıq 13 ildir - Şahzadə Uilyamla evləndikdən sonra üzərinə götürdüyü məsuliyyətə görə minnətdarlıq əlaməti olaraq seçib. Qeyd edilib ki, Keytin təyinatı III Çarlzın xüsusi hədiyyəsi deyil. Bu qərar kabinet tərəfindən, lakin kralın tövsiyəsi ilə qəbul edilib.