Xalq rəssamının qızı Robbi Uilyamsla toyda- fotolar
Şou
17:20 / 19.07.14
3866dəfə oxunub
A-
A
A+
Xalq rəssamı Tahir Salahovun qızı Aydan Salahova Rusiyanın kübar cəmiyyətinin tanınmış gözəli Nadejda Obolensevanın toyuna qatılıb.
Axşam.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, İtaliyada baş tutan nikah mərasimində dünyanın məşhur simaları - aparıcı İvan Urqant, müğənni İlya Laqutenko, Robbi Uilyams, Eros Ramazotti, stilist-rəssam Valentin Yudaşkin də iştirak ediblər. Təmtəraqlı məclisdəki dizayn, hər tərəfin çiçəklərlə bəzədilməsi qonaqları heyran qoyub. Toyda üzərində şirin güllərdən ibarət bəzək olan nəhəng tort isə hər kəsi təəccübləndirib.
Nadejda iş adamı ilə nikah masasına əyləşib.
Qeyd edək ki, Rusiyada ilk müasir incəsənət qalereyalarından birinin müəllifi olan, rəssam A.Salahova mərasimdə ingiltərəli müğənni Robbi Uilyamsla xeyli şəkil çəkdirib.