Polis basqınında musiqiçi komaya düşdü

Polis basqınında musiqiçi komaya düşdü
214 dəfə oxunub
  • A-
  • A
  • A+

"Коррозии металла" ("Korrozia Metalla") qrupunun nağaraçısı Mark Beigun komaya düşüb.

Axşam.az xəbər verir ki, bu barədə qrupunun lideri Sergey Troitski məlumat yayıb.

Onun sözlərinə görə, Beigun Nijni Novqorodda konsert zamanı təhlükəsizlik qüvvələrinin basqından sonra zorakılığa məruz qaldığı üçün komaya düşüb. Ona beyin silkələnməsi diaqnozu qoyulub. Bundan başqa, konsert təşkilatçılarından birinin barmağı əzilib.

Troitski bildirib ki, qrupun musiqiçilərin gecəni həbsxanada keçirməli olub:

“Biz terrorçuyuq? Silahımız var idi? Başqa şəhərlərdən bizi dinləməyə gələnləri döymək nəyə lazım idi? Bu qədər qəddarlığın nə mənası var?".

Qrup nasist simvollarının təbliği və nümayişinə görə cərimələnibş Bundan sonra Troitski qrupun fəaliyyətini dayandırdığını elan edib.