Jerar Depardye saxlanıldı - Yenilənib

Jerar Depardye saxlanıldı - Yenilənib
461 dəfə oxunub
  • A-
  • A
  • A+

Fransalı aktyor Jerar Depardye saxlanılıb.

Axşam.az xəbər verir ki, aktyor cinsi qısnama ilə bağlı istintaqda dindirilmək üçün Parisdə polis idarəsinə çağırılıb.

O, iki qadın tərəfindən cinsi təcavüzdə ittiham olunub. Dindirmə zamanı müzakirə olunan hadisələr 2014-cü ildə Jan-Pyer Mokinin “Sehrbaz və Siamlılar” (2014) və 2021-ci ildə Jan Bekkerin “Yaşıl Panjurlar” filminin çəkiliş meydançasında baş verib.

Jerar Depardye ittihamları rədd edib.

Qeyd edək ki, 2019-cu ildə aktrisa Emmanuel Debever 1982-ci ildə "Danton" filminin çəkiliş meydançasında Depardyenin ona qarşı zorakılıq etməsi ilə bağlı ittihamlar səsləndirib.

2018-ci ildə aktyora qarşı zorlama ittihamları irəli sürənlər arasında kanadalı aktrisa Şarlotta Arnold da var. Onun sözlərinə görə, o, atasının köhnə dostu Depardye tərəfindən iki dəfə cinsi təcavüzə məruz qalıb. İş hazırda məhkəmədədir.

Bundan başqa, daha 13 qadın aktyoru cinsi təcavüzdə ittiham edir. Məhkəmə hələ də bu şikayətlərlə bağlı son qərarı açıqlamayıb.

***
"France-Presse" agentliyinin məlumatına görə, Depardye saxlanılıb.