Azərbaycanlı iş adamı həyat yoldaşı ilə istirahətdə - fotolar

Azərbaycanlı iş adamı həyat yoldaşı ilə istirahətdə - fotolar
5457 dəfə oxunub
  • A-
  • A
  • A+
Əslən Cənubi Azərbaycandan olan tanınmış iş adamı Rza Zərrab həyat yoldaşı, məşhur müğənni Ebru Gündeşlə yay tətilinə çıxıb.

Lent.az-ın Doğan xəbər agentliyinə istinadən verdiyi məlumata görə, cütlük Türkiyənin Muğla vilayəti yaxınlığında öz yaxtalarında dincəlir. Onları 3 yaşlı qızları Alara və bir neçə yaxın qohumları müşayiət edir.
 
Qeyd edək ki, Rza Zərraba məxsus olan "60 Years" adlı yelkənli lüks yaxtanın uzunluğu 48 metrdən çoxdur. 750 at gücünə malik motoru olan gəmini hərdən Zərrab özü idarə edir.