Müğənni Azəri Günel Zeynalova İnstaqramda "Türk musiqisinin imperatoru" - İbrahim Tatlısəsin oğlu İdo ilə fotolarını paylaşıb. Axşam.az-ın məlumatına görə, bacısıyla birlikdə İdonun restoranına gedən müğənni iftarını orada açıb.
Günel İ.Tatlısəsin oğlunun Azərbaycana salam göndərdiyi videonu da paylaşıb.
Bütün Azərbaycan xalqını öpürəm, salamlarımı göndərirəm. İnşallah, Azərbaycana konsertə gələcəm”, deyə İdo bildirib.