Eldarın konsertindən fotolar

Eldarın konsertindən fotolar
1485 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünən “Eurovision 2011”mahnı müsabiqəsinin qalibi Eldar Qasımovun solo konserti baş tutub.

Axşam.az-ın məlumatına görə, ifaçının “Eldar summer live show” adlı proqramı "Jumeirah"da “Equinox Beach Club”da keçirilib. Konsert zamanı 4 libas dəyişən Eldar “Eurovision-2014” təmsilçimiz Dilarə Kazımova ilə duet oxuyub.

E.Qasımov qonaqlara xalq artisti Polad Bülbüloğlunun məşhur “Gəl, ey səhər” mahnısını yeni aranjimanda, fərqli tərzdə təqdim edib. Səhnədə müğənnini Dj Çina, Ukraynadan qonaq olan Dj İqor Şavrov və rəqs qrupu müşayiət edib.

Qeyd edək ki, konsert “KKM production”ın təşkilatçılığı ilə keçirilib.