Tanınmış rejissor vəfat etdi

Tanınmış rejissor vəfat etdi
292 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı aktyor və rejissor Rocer Korman vəfat edib.

Axşam.az xəbər verir ki, rejissor Kaliforniyadakı evində 98 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Korman ilk filmini 1955-ci ildə lentə alıb. O, 1960-cı ildə isə cəmi iki günə 30 min dollara “Kiçik dəhşət dükanı” filmini çəkib.

Aktyorun portfelində 50-yə yaxın layihə daxildirt. Tamaşaçılar onu "Xaç atası" və "Quzuların sükutu" filmlərindəki işi ilə tanıyır. 2009-cu ildə kinonun inkişafına verdiyi töhfəyə görə "Oskar" mükafatına layiq görülüb.