Türkiyəli aktyor Settar Tanrıöğen uzun aradan sonra görüntülənib.
Axşam.az xəbər verir ki, 63 yaşlı aktyor ötən gün küçədə gəzərkən obyektivlərə tuş gəlib. Tanrıöğen müalicə müddətində itirdiyi 15 kiloqram çəkini yenidən alıb və siqareti tərgidib. Onun yenidən ekrana dönəcəyi bildirilir.
Qeyd edək ki, sənətçi beyninə qan sızdığı, daha sonra isə beynində yaranan maye səbəbindən 3 dəfə əməliyyat olunub. Tanrıöğen səhhətində yaranan problemə görə son rol aldığı "Kızılcık şerbeti"nin aktyor heyətindən ayrılıb. Onun canlandırdığı "Abdullah" obrazını isə ekran işində aktyor Ahmet Mümtaz Taylan əvəzləyib.