"Kızılcık şerbeti"nin aktrisası narkotikə görə saxlanılıb

"Kızılcık şerbeti"nin aktrisası narkotikə görə saxlanılıb
1635 dəfə oxunub
  • A-
  • A
  • A+

"Kızılcık şerbeti" serialında "Nilay" obrazını canlandıran aktrisa Feyza Civelek polis tərəfindən saxlanılıb.

Axşam.az xəbər verir ki, 29 yaşlı aktrisanın narkotik sifariş etdiyi ortaya çıxıb. Hadisə 29 oktyabr 2023-cü ildə baş verib. Beşiktaş İctimai Asayiş Bürosuna bağlı qruplar Ulus rayonunda 2 şübhəli şəxs - Ömer Faruk A. və Selçuk Ç.-ni saxlayıb.

Axtarış zamanı Selçukun üzərindən 0.04 qıram kokain çıxıb. Onun telefonuna həmin əsnada zənglər gəlib. Zəng edən xanım "Malı gətirdiniz" deyə soruşub. Bəlli olub ki, telefon arxasında aktrisa Feyzadır. Aktrisa da daxil olmaqla hər 3 nəfər polis bölməsinə aparılıb.

Feyza polisə açıqlamasında Selçukun hesabına kokain gətirmək üçün 6 min lirə göndərdiyini, kokainin isə adını bilmədiyi dostuna aldığını iddia edib. O, qəbzi də polisə göstərib. Aktrisa sifarişi verərkən sərxoş olduğunu da əlavə edib.

Ədliyyəyə sövq edilən Səlcuq Ç. narkotikin alveri və ya tədarükü maddəsi ilə həbs edilib. İstanbul Respublika Baş Prokurorluğu tərəfindən şübhəli şəxsə qarşı eyni cinayətə görə 15 ildən az olmamaq şərti ilə həbs cəzası tələbi ilə iddia qaldırılıb.

Feyza sifariş etdiyi dərmanları alınmadığı üçün barəsində cinayət işi açılmayıb. Onun evində və üzərində polis tərəfindən aparılan axtarış zamanı narkotik vasitə tapılmayıb.