Türkiyəli aktyor İlker Kaleli ilə sevgilisi, müğənni Sıla ötən gün obyektivlərə tuş gəlib.
Axşam.az xəbər verir ki, ifaçı 4 illik münasibətlərinin ardından niyə ailə qurmamaları ilə bağlı sualı cavablayıb:
"Dördüncü ildir ki, birlikdəyik. Evlilikdən də gözəl münasibət yaşayırıq. Bu münasibətə ad qoymaq elə də vacib deyil. Elə bir şey istəmirik. Evliliyin eşqi öldürdüyünə inanmırıq".