Dövlət Baxçalıdan "Avroviziya"ya tənqid: "Utancvericidir"

Dövlət Baxçalıdan "Avroviziya"ya tənqid: "Utancvericidir"
1505 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı "Avroviziya 2024" beynəlxalq mahnı müsabiqəsinin qalibi İsveçrə təmsilçisi Nemonu tənqid edib.

Axşam.az xəbər verir ki, MHP başqanı kişi sənətçinin üzündə makiyaj, əynində ətəklə səhnəyə çıxmasını utancverici adlandırıb.

"İsveçin Malmö şəhərində 68 dəfə təşkil olunanan "Avroviziya" beynəlxalq mahnı müsabiqəsi insanlığın necə bir təhdidlə üz-üzə qaldığını sübut edib. Qərbin çürüyən mədəniyyəti səhnə alıb. Birinci olan isveçrəli kişi sənətçinin tüklü şəkər, bol makiyajlı və ətəklə yarışmada səhnə göstərməsi utancverici razılaşmadan başqa bir şey deyil. Əgər bunun adı müasirlikdirsə, onda biz də deyirik ki, batsın belə çağdaş dövr" deyə, o, əlavə edib.