"Kardeşlerim"in aktyoru ilə bacısı arasında qalmaqal - Foto

"Kardeşlerim"in aktyoru ilə bacısı arasında qalmaqal - Foto
1300 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor Onur Seyit Yaranın bacısı Leylülün onunla bağlı səsləndirdiyi iddialar gündəm olub.

Axşam.az xəbər verir ki, bacısı Onurun ona, həyat yoldaşına, anasına psixoloji şiddət göstəridiyini bildirib:

"Mənim və ya həyat yoldaşımın başına bir iş gələrsə, bunun səbəbkarı Onurdur. Guya o peyğəmbərdir".

Məsələ ilə bağlı aktyorun bacısı yenidən paylaşım edərək qardaşı ilə arasındakı problemlər səbəbindən belə ifadələr səsləndirdiyini vurğulayıb:

"Qardaşımla aramda olan mübahisəni böyüdüb sosial mediaya daşıdığım və yanlış anlaşımağa şərait yaratdığım üçün hər kəsdən üzr istəyirəm".

Onur isə bacısının psixoliji problemlərinin olduğunu açıqlayıb:

"Bacım psixoloji depressiya səbəbindən müalicə alır. Bu səbəbdən məhkəməyə müraciət etməyəcəyəm". 

Qeyd edək ki, Onur son olaraq "Kardeşlerim", "Yan oda" seriallarında rol alıb.