16 yaşlı qızı telefonu əlindən aldığı üçün modelə hücum edib

16 yaşlı qızı telefonu əlindən aldığı üçün modelə hücum edib
1653 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli model Dəniz Akkaya sosial media hesabında 16 yaşlı qızı Ayşə ilə yaşadığı problemdən danışıb.

Axşam.az xəbər verir ki, model qızının ondan xəbərsiz telefon alaraq xarici ölkəyə getmə planları qurduğunu deyib. O, bunu öyrəndikdən sonra telefonu qızının əlindən alsa da, bu dəfə Ayşə onu eyvanda bağlı saxlayıb. Dəniz polisə müraciət etmək məcburiyyətində qaldığını söyləyib:

"16 ildir tək baxdığım qızımın məndən gizlədiyi telefonu əlindən aldım. Məndən xəbərsiz xarici ölkəyə getmə planları qururmuş. Buna görə telefonuna əl qoydum. Mənə fiziki şiddət göstərməyi bir kənara qalsın, saatlarla eyvanda bağlı saxladı. Mənə və yardıma gələn polislərə qarşı etdiyi hərəkətlərdən yeniyetməliyinin arxasına gizlənərək qaçmasına icazə verməyəcəyəm. Biz səhvi nəzarətsiz sevməkdə buraxmışıq. Ana olmaq belə bir şey deyil".

Dənizin paylaşımının ardından onun qızı Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin himayəsinə götürülüb.