Milyonçu həyat yoldaşı Alsuya xəyanət edirmiş

Milyonçu həyat yoldaşı Alsuya xəyanət edirmiş
1436 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, məşhur müğənni Alsu milyonçu həyat yoldaşı Yan Abramovdan boşanır.

Axşam.az-ın məlumatına görə, Abramovun 10 ildir ki, Alsunu aldatdığı iddia edilir. Bu səbəbdən ifaçı məhkəməyə boşanma ərizəsi ilə müraiət edib. Bu barədə “Komsomolskaya Pravda” nəşri öz mənbəsinə istinadən məlumat yayıb.

"Abramov 10 ildən çoxdur ki, Alsunu aldadır. O, məşuqələrindən biri üçün lüks bir yaxta icarəyə götürüb" deyə, mənbə bildirib.

Həmçinin qeyd olunub ki, buna baxmayaraq Alsu uzun müddət evliliyini xilas etməyə çalışıb və bunlara göz yumub. 

Abramovun rus aparıcı-model Viktoriya Lopyreva və reper Timatinin keçmiş sevgilisi Anastasiya Reşetova ilə münasibətdə olduğun deyilir.

Qeyd edək ki, Abramov Bakıda dünyaya gəlib. Alsu və Abramov 2005-ci ildə tanış olublar. Onlar 2006-cı ildə Moskvada evləniblər. Alsu və Yanın üç övladı var - Safina, Mikella və Rafael.