Sinan Akçıl qəzaya səbəb oldu - Foto

Sinan Akçıl qəzaya səbəb oldu - Foto
648 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Sinan Akçıl İzmirdə qəzaya səbəb olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, piyada keçidi və işıqfor olmayan yerdə Akçıl və dostu yolu keçərkən sürücü onları vurmamaq üçün qəfil əyləci basıb. Nəticədə arxadan gələn maşın dayanmağa çalışan nəqliyyat vasitəsinə dəyib.

Sinan Akçıl qəzaya əhəmiyyət vermədən sürətlə oradan uzaqlaşıb.

Daha sonra sənətçi sosial şəbəkədə qəzaya səbəb olması haqda yayılan xəbərlərə əsəbiləşərək öz səhifəsində bunları qeyd edib:

"Qəzanı mən törətməmişəm. Sürücüyə dedim ki, nə lazımdırsa, edəcəyik. Ofisdə görüşəcəyik. Ömrümdə heç kimdən qaçmamışam".