Türkiyəli müğənni Hadisənin səhnə geyimi yenidən müzakirələrə səbəb olub.
Axşam.az xəbər verir ki, o, konsertlərinin birində "10. yıl marşı"nı ifa edərkən bikinili geyimdə olması istər sosial media izləyiciləri, istərsə də digər məşhurlar tərəfindən tənqid olunub. Belə ki, Hadisə mahnını oxuyarkən üzərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün rəsmi olan bayraq da olub.
Tənqidçilər arasında Hadisənin eks-sevgilisi, müğənni Sinan Akçıl da yer alıb. O, paylaşımında "Çıxdıq "açıq" alınla 10 il hər müharibədən" sözlərini qeyd edib.
