Kanadalı prodüser Albert Ruddi vəfat edib.
Axşam.az xəbər verir ki, prodüser 94 yaşında qısa çəkən xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, Albert “Xaç atası” və “Milyon dollarlıq körpə” filmlərinin prodüseri olub. O, 2-dən çox "Ən yaxşı film"ə görə "Oskar" alan doqquz prodüserdən biridir. Onun iki "Qızıl Qlobus"u da var.