Həbsdə olan blogerin əri hərbi hissədən qaçıb

Həbsdə olan blogerin əri hərbi hissədən qaçıb
540 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur rusiyalı bloger Yelena Blinovskayanın həyat yoldaşı Aleksey Donetskdəki hərbi hissəni tərk edib. 

Axşam.az xəbər verir ki, bu barədə “Shot” teleqram kanalı məlumat yayıb. Onun harada olduğu bəlli deyil.

Xatırladaq ki, Aleksey böyük məbləğdə vergidən yayınmaqda və külli miqdarda pulların yuyulmasında ittiham olunan həyat yoldaşı Yelenanı həbsdən çıxarmaq, həmçinin biznesini xilas etmək üçün martda Şimal Hərbi Dairəsinə gedib. 

Qeyd edək ki, Yelena 906 milyon rubl məbləğində vergidən yayınmada və 706 milyon rubl məbləğində çirkli pulların yuyulmasında ittiham olunur. O, ev dustaqlığında olarkən çox sayda qayda pozduğuna görə istintaq təcridxanasına göndərilib.