38 yaşlı türkiyəli aktrisa xərçəngin qurbanı oldu

38 yaşlı türkiyəli aktrisa xərçəngin qurbanı oldu
3340 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Gülşah Çomoğlu vəfat edib.

Axşam.az xəbər verir ki, aktrisa 38 yaşında xərçəngdən dünyasını dəyişib.

Qeyd edək ki, Gülşah "Kasaba doktoru, "Unutma beni", "Yüksek sosyete" kimi ekran işlərində rol alıb. O, 2 il idi ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi. Aktrisa 2018-ci ildə Gökhan Günal ilə ailə qurub, Pera adlı qızı var.