Rus aktyor xarici agent elan edildi

Rus aktyor xarici agent elan edildi
405 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı aktyor Aleksey Panin xarici agentlərin və terrorçuların reyestrinə salınıb.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 29 nəfərin olduğu siyahıda Panin 7-ci yerdədir. O, terrorizmə çağırışda və Rusiyanın ərazi bütövlüyünü pozmaqda ittiham olunur.

Qeyd edək ki, Paninə qarşı iş 2023-cü ildə açılıb. Aktyoru yeddi ilə qədər həbs gözləyir. 2024-cü ilin fevralında Moskvanın Qaqarinski Rayon Məhkəməsi aktyoru iki ay müddətinə qiyabi həbs edib. O, 2020-ci ildən İspaniyada yaşayır.