Xəbər verdiyimiz kimi, Britaniyanın məşhur “The Beatles” qrupunun üzvü Con Lennonun 50 ildir itən gitarası tapılıb.
Axşam.az-ın məlumatına görə, tavan arasından tapılan musiqi aləti hərracda rekord qiymətə satılıb. Gitara 2,9 milyon dollar qarşılığında alıcıya təqdim olunub. Bununla da gitara indiyə qədər satılan ən bahalı "Beatles" aləti olub.
Qeyd edək ki, daha əvvəl gitaranın 800 min dollara satılacağı proqnozlaşdırılırdı.