Pınardan Kaanla ayrılması xəbərlərinə cavab - Yenilənib

Pınardan Kaanla ayrılması xəbərlərinə cavab - Yenilənib
1269 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor Kaan Yıldırımın nişanlısı, aktrisa Pınar Dənizin ayrıldığı iddia edilib.

Axşam.az "Takvim"ə istinadən xəbər verir ki, ikili bir müddətdir yollarını ayırıb. Bu ayrılığa xəyanətin səbəb olduğu gəzən şayiələr arasında yer alır.

Qeyd edək ki, bundan əvvəl Kaan Pınara evlilik təklifi edib və "Hə" cavabı alıb. Onlar növbəti il toy edə biləcəklərini açıqlamışdılar. Cütlük 3 ildir ki, sevgili idi.

Kaan son olaraq "Kopuk", Pınar isə "Yarqı" serialında rol alıb.

***

Aktrisa Pınar yıldırım sevgilisi Kaan Yıldırımla ayrılıq iddiaları fonunda sosial media hesabında paylaşım edib.

O, çıxan xəbərlərin yalan olduğunu göstərib. Aktrisa Kaanla istirahətə yollandıqlarını bildirib.