"Hudutsuz sevda" serialında "Rızvan Leto" obrazına həyat verən türkiyəli aktyor Burak Sergen bu gün ailə qurub.
Axşam.az xəbər verir ki, 63 yaşlı aktyor özünə məxsus olan teatrın baş direktoru vəzifəsində çalışan Gizem Şağbanla Fuat Paşa malikanəsində nikah masasına əyləşib.
Toyda nikah şahidlərindən biri isə Burakın serialdakı həyat yoldaşını canlandıran Asuman Dabak olub.
Qeyd edək ki, Burak bu ilin əvvəlində həyat yoldaşı Nihan Ünsaldan boşanıb. O, özündən 28 yaş kiçik Nihandan evliliklərinin 4-cü ayında ona xəyanət etdiyi üçün ayrılıb. Bu, burakın 4-cü evliliyidir. Onun bir övladı var.
