"Aşk-ı Memnu" serialında canlandırdığı Şayeste obrazı ilə tanınan aktrisa Fatma Karanfil vəfat edib.
Axşam.az xəbər verir ki, bir müddətdir xərçəngdən müalicə alan 72 yaşlı aktrisanın ölüm xəbərini meneceri Aslı İslamoğlu yayıb. O bildirib ki, aktrisa müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Fatma Karanfil Yeşilçam filmlərində də rol alıb.