"Santa Barbara" serialının ulduzu Cenis Peyc vəfat edib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 101 yaşlı əfsanəvi aktrisa Los-Ancelesdəki evində dünyasını dəyişib.
Onun təbii səbəblərdən vəfat etdiyi bildirilir.
Qeyd edək ki, Cenisin üç ay sonra 102 yaşı tamam olacaqdı.