"Harri Potter"in qətlə yetirilən aktyoruna abidə ucaldılacaq

"Harri Potter"in qətlə yetirilən aktyoruna abidə ucaldılacaq
1114 dəfə oxunub
  • A-
  • A
  • A+

Londonda “Harri Potter" filmindəki "Markus Belbi" obrazı ilə tanınan mərhum aktyor Rob Noksun abidəsi ucaldılacaq. 

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, abidə şəhərin cənub-şərqində iyunun 8-də qoyulacaq.

 Anım tədbirində sənətçinin ailəsi, dostları və həmkarları iştirak edəcək.

Qeyd edək ki, Rob Noks 2008-ci ilin mayında küçədə qətlə yetirilib. 18 yaşlı aktyor kiçik qardaşını iki mətbəx bıçağı ilə hədələyən şəxsdən qorumağa çalışarkən öldürülüb.