Türkiyəli aktrisa Dilan Çiçək Dəniz şəxsi həyatı ilə bağlı sualları cavablayıb.
Axşam.az xəbər verir ki, o, aktyor Rafael Cemo Çetinlə münasibətdə olduğunu təsdiqləyib. Dilan özəl həyatı ilə bağlı suala qısaca "Hər şey yolundadır" deyə, cavab verib.
Qeyd edək ki, Dilan nişanlısı, islandiyalı rejissor Thor Saevarssondan ayrılandan sonra həmkarı Mert Yazıcıoğlu ilə sevgili olub. Mert isə ona qədər aktrisa Afra Saraçoğlu ilə 4 il münasibətdə olub.
Rafael rejissor Sinan Çetinin oğludur.