Rusiyalı müğənni Sati Kazanova ana olacaq.
Axşam.az xəbər verir ki, 41 yaşlı ifaçı bu barədə sosial media hesabında paylaşım edib. O, övladının cinsiyyətini açıqlamayıb. Satı bunu möcüzə adlandırıb.
Qeyd edək ki, Sati 2017-ci ildə italyan fotoqraf Stefano Tiotsoya ərə gedib.