Fransalı rəssam Ben Votye vəfat edib.
Axşam.az xəbər verir ki, o, həyat yoldaşı Anni Votyenin vəfatından sonra odlu silahla intihar edib. Bu barədə onların övladları - Eva və Fransua məlumat yayıb.
Belə ki, 88 yaşlı rəssamın xanımı iyunun 3-ü axşam saatlarında insult keçirib və iki gün sonra, iyunun 5-də dünyasını dəyişib. Övladlarının sözlərinə görə, onsuz yaşamaq istəməyən ataları bir neçə saat sonra Nitsada öz evində intihar edib. Onlar 60 il evli olublar.
