Mövsüm finalınaçıxan "Kızılcık şerbeti" izlənmə rekordu qırıb və reytinqdə birinci olub.
Axşam.az xəbər verir ki, ekran işi ssenarisi ilə hər kəsi ekranlara bağlayıb. Sosial medianı silkələyən serial #KızılcıkŞerbeti həştaqı ilə Türkiyədə 11, dünya gündəmində isə təxminən 5 saat qalaraq "X"in TT siyahısına daxil olub.
Mövsümün finalı Ömər və Görkemin münasibətlərinin ortaya çıxması ilə Ünalların malikanəsində baş verən böyük xaosla yadda qalıb.
Serialın müzakirələrə səbəb olmasının digər səbəbi isə onun "aşkı-Memnu"nun finalına bənzədilməsi olub. Belə ki, ekran işinin hər kadrı sözügedən serialla müzakirə edilib.
Qeyd edək ki, serialın baş rollarını Doğukan Güngörlə Sıla Türkoğlu canlandırır.